"Xəzər Lənkəran"ın sabiq futbolçusu vətənində oynayacaq
15.01.2023 - 15:44
"Xəzər Lənkəran"ın sabiq futbolçusu Fernandu Qabriel karyerasını ölkəsi Braziliyada davam etdirəcək.
Apasport.az xəbər verir ki, 34 yaşlı hücumameyilli yarımmüdafiəçi BƏƏ və Səudiyyə Ərəbistanındakı karyerasından sonra 2017-ci ildə qısa müddət oynadığı Braziliya B Seriyası klubu "Paysandu"ya qayıdıb.
Qeyd edək ki, Fernandu Qabriel 2014/15 mövsümündə "Xəzər Lənkəran"da çıxış edib. O, Azərbaycan Premyer Liqasında 12 matça çıxıb və 3 qol vurub. Azərbaycanda onun legioner karyerası yaşadığı ilk ölkə olub.
- “Levski”nin futbolçusu: “Bakıda da qələbə bizim olacaq”
- Vaqif Cavadov: “Futbolu məndən yaxşı bilən 1-2 nəfər ola bilər” - MÜSAHİBƏ
- Mbappe üçün imza mərasimi keçiriləcək
- "Mingəçevir"in baş məşqçisi: "Heç kəs belə bir şəxsin kluba gələcəyini demir" - MÜSAHİBƏ
- “Tottenhem”in futbolçusu 3 ay yaşıl meydanlardan uzaq qalacaq
0
0