Yaylagül Ramazanova sıralama turuna 30-cu cütdə başlayacaq
24.07.2024 - 13:58
![Yaylagül Ramazanova sıralama turuna 30-cu cütdə başlayacaq](https://ww3.apasport.az/storage/news/2024/july/24/big/66a0c8231034c66a0c8231034d172181302766a0c8231034a66a0c8231034b.jpg)
Paris-2024 Olimpiadasında kamandan oxatma yarışları üzrə püşk atılıb.
Apasport.az xəbər verir ki, mübarizəyə ilk start verəcək Azərbaycan idmançısı Yaylagül Ramazanovanın sıralama turuna 30-cu cütdə başlayacağı müəyyənləşib.
Bakı vaxtı ilə saat 11:30-da start götürəcək bu mərhələdə Yaylagül B zolağından hədəfi nişan alacaq.
Qeyd edək ki, sıralama turunda 64 oxatan yarışacaq.
0
0