Yelkən idmanı üzrə açıq Azərbaycan çempionatı başa çatıb
15.09.2026 - 00:22
Yelkən idmanı üzrə açıq Azərbaycan çempionatı başa çatıb

Yelkən idmanı üzrə açıq Azərbaycan çempionatına yekun vurulub.

Apasport.az xəbər verir ki, yarış federasiyanın Şıx çimərliyində yerləşən yelkən mərkəzində baş tutub.

Azərbaycan və Türkiyədən olan idmançıların iştirak etdiyi çempionatda “Optimist” və “ILCA4” siniflərində mübarizə aparılıb. Üç gün davam edən yarışda iştirakçılar küləyin istiqaməti və sürətinə uyğun müəyyənləşdirilən marşrut üzrə müxtəlif yürüşlərdə bacarıqlarını nümayiş etdiriblər.

Çempionatın qalibləri diplom, medal və federasiya tərəfindən hədiyyələrlə mükafatlandırılıb. Yarışda iştirak edən bütün idmançılara sertifikatlar təqdim olunub.

Həmçinin 2025-ci ilin Azərbaycan çempionları Kamal Bəşirli (“Optimist”) və Davud Babazadənin (“ILCA4”) adları yelkən idmanının ənənəvi şərəf lövhəsinə həkk olunub.

Yarışın nəticələri:

Açıq Azərbaycan çempionatı

“Optimist” / U-12

  1. Tunahan Piker – Türkiyə
  2. Alya Bayraktar – Türkiyə
  3. Kamilla Həsənova – Azərbaycan

“Optimist” / Qızlar

  1. Janset Tuğan – Türkiyə
  2. Səma Mansurzadə – Azərbaycan
  3. Alya Bayraktar – Türkiyə

“Optimist” / Ümumi

  1. Mert Durkal – Türkiyə
  2. Rüzgar Uzel – Türkiyə
  3. Kamal Bəşirli – Azərbaycan

Azərbaycan çempionatı

“Optimist” / U-12

  1. Kamilla Həsənova
  2. Leyli Məmmədli
  3. Gülnisə İsmayılova

“Optimist” / Qızlar

  1. Səma Mansurzadə
  2. Yağmur Həsənli
  3. Kamilla Həsənova

“Optimist” / Ümumi

  1. Kamal Bəşirli
  2. Nurlan Ağazadə
  3. Amin Cəlilzadə

“ILCA4”

  1. Nərgiz Məmmədova
  2. Amira Bayramova
  3. Davud Babazadə