Azərbaycan futzal millisi martın 23-dən 26-dək Bakıda təlim-məşq toplanışı keçirir.
Apasport.az xəbər verir ki, komandanın baş məşqçisi Yevgeni Kukseviç hazırlıqla bağlı Azərbaycan Futzal Federasiyasının rəsmi saytına açıqlama verib. O bildirib ki, futzalçıları aprel ayında 4 çətin oyun gözləyir:
"Bunu nəzərə alıb, qısamüddətli olsa da, toplanış keçirməyi lazım bildik. Oyun planında üzərində işləməli olduğumuz məqamlar var. Eyni zamanda heyətimizdə də bir neçə yeni futzalçı var. Onları yoxlamaq istəyirik ki, apreldəki oyunlar üçün yekun heyəti müəyyənləşdirək. Uşaqların əhval-ruhiyyəsi yaxşıdır, həvəslə verilən tapşırıqları edirlər. Çempionat oyunları arasında da müəyyən qədər vaxt var. Bundan maksimum yararlanmağa çalışırıq. Öyrənməliyik ki, oyunlarda işimiz yüngül olsun”.
Qeyd edək ki, Azərbaycan millisi aprelin 9-da və 11-də Tbilisidə Gürcüstan, ayın 13-də və 15-də isə Aktau şəhərində Qazaxıstan yığması ilə yoldaşlıq oyunları keçirəcək.
- “Mançester Yunayted”in acınacaqlı halı - “qızıl top” üçün əzəli rəqibdən xahiş ediblər
- PSJ-nin yay üçün transfer planları bəlli olub
- "Siti" "Bavariya"nı böyük hesabla yendi, "İnter" Lissabonda qələbəyə sevindi
- Branimir Subaşiç: "Neftçi" Azərbaycanda bir nömrəli klub olmalıdır"
- “Arsenal” yayda "Nyukasl"a rekord məbləğ ödəyə bilər