Yığma komandamız Monteneqro ilə üz-üzə gələcək
24.02.2025 - 10:52

Azərbaycanın 19 yaşadək qadın futbolçulardan ibarət millisi bu gün Avropa çempionatının II seçmə mərhələsində sonuncu oyununu keçirəcək.
Apasport.az xəbər verir ki, B Liqasının IV qrupunda yer alan komanda Monteneqro ilə üz-üzə gələcək.
Albaniyanın paytaxtı Tiranadakı “House of Football Natural Pitch” stadionunda təşkil olunacaq qarşılaşmanı rumıniyalı Roksana Rekorean idarə edəcək.
Görüş Bakı vaxtı ilə saat 17:30-da başlayacaq.
Qeyd edək ki, milli daha əvvəl keçirdiyi matçlarda Şimali İrlandiyaya və Albaniyaya 0:4 hesabı ilə məğlub olub.
- Dünya çempionatında iştirak edəcək güləşçilərimizin SİYAHISI
- “Heydər Əliyev Kuboku” uğrunda futzal turnirinə start verilib
- ACF rəsmiləri cüdoda yeni qaydalarla bağlı təşkil olunmuş seminarda iştirak ediblər
- “Qarabağ” 10 pillə irəlilədi, “Sabah” və “Araz-Naxçıvan”dan sıçrayış
- "Beşiktaş"ın gözü "Barselona"nın futbolçusunda
0
0