Yığmamız Özbəkistan millisinə uduzdu
16.10.2023 - 18:42
![Yığmamız Özbəkistan millisinə uduzdu](https://ww3.apasport.az/storage/news/2023/october/16/big/652d4270a101f652d4270a10201697464944652d4270a101d652d4270a101e.jpg)
Daşkənddə təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi hazırlıq çərçivəsində növbəti yoldaşlıq oyununu keçirib.
Apasport.az xəbər verir ki, komandamız Özbəkistanın müvafiq yaş qrupundan ibarət yığması ilə qarşılaşıb.
Oyun 4:0 hesabı ilə rəqib komandanın xeyrinə nəticələnib.
Qeyd edək ki, millimiz 2 gün öncə özbəklərə 0:3 hesabı ilə uduzub.
0
0