Polşada keçiriləcək III Avropa Oyunlarında iştirak edəcək Azərbaycan yığmasının heyətində yer alacaq idmançıların sayı bəlli olub.
Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan Gənclər və İdman Nazirliyinin idman şöbəsin müdiri Elnur Məmmədov açıqlayıb.
Azərbaycan idmançılarının Polşanın Krakov şəhərində keçiriləcək III Avropa Oyunlarına yollanması və iştirakı ilə bağlı mətbuat konfransında çıxış edən qurum rəsmisi bildirib ki, yığmamız səfərə 86 idmançı, 28 məşqçi və tibbi personalın 9 üzvü ilə yollanacaq. Heyətdə 123 nəfər yer alacaq: "Bir neçə idman növündə legionerlər olacaq. Amma əksəriyyətində öz atletlərimizdir”.
Qeyd edək ki, Krakov-2023-ə iyunun 21-də start veriləcək.
- Ayın ən yaxşı baş məşqçisi bəlli oldu
- Rəşad Sadıqov: "Keçən illə müqayisədə çempionat daha gərgin keçir"
- Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyunlarında qol rekordu təkrarlanıb
- Məşqçisi Muarem, komanda yoldaşı Musa Sov - Elvis Maşikedən açıqlama
- "Zirə", "Sabah" və "Sumqayıt"ın rəqibləri nə zaman açıqlanacaq?