Yığmamızda 261-ci futbolçu
20.11.2022 - 18:26
Azərbaycan millisində debüt gerçəkləşib.
Apasport.az saytının məlumatına görə, Ceyhun Nuriyev ilk dəfə ölkəmizin əsas komandasında forma geyinib.
“Sabah”ın yarımmüdafiəçisi yoldaşlıq görüşündə Şimali Makedoniya önünə 68-ci dəqiqədə meydana çıxıb. Ceyhun yığma tarixinə 261-ci kimi düşüb. Bunadək 285 matça çıxan millidə 260 futbolçu forma geyinib.
Qeyd edək ki, dörd gün əvvəl Moldova ilə yoldaşlıq görüşündə də (2:1) müdafiəçi Bəxtiyar Həsənalızadə millidə debüt edib.
- Vilayət Eyvazov qızıl medalla təltif olunub
- "Çelsi"nin baş məşqçisi Qurban Qurbanov haqda: "17 il ardıcıl eyni klubu çalışdırmaq heyrətamiz bir şeydir"
- Ukrayna millisinin futbolçusu Avro-2024-ün ilk oyununu buraxacaq
- Xorvatiyadan böyükhesablı qələbə - YENİLƏNİB
- Naynqolan əsas komandadan kənarlaşdırıldı
0
0