Yığmamızdan ikinci məğlubiyyət - 1:5
24.09.2022 - 15:52
![Yığmamızdan ikinci məğlubiyyət - 1:5](https://ww3.apasport.az/storage/news/2022/september/24/big/632eef4bc731a632eef4bc731b1664020299632eef4bc7318632eef4bc7319.jpg)
Avropa çempionatının seçmə mərhələsində mübarizə aparan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması növbəti oyununu keçirib.
Apasport.az saytının məlumatına görə, millimiz II turda Türkiyə ilə qarşılaşıb.
Matç “ay-ulduzlular”ın qələbəsi ilə başa çatıb – 5:1. Böyükhesablı məğlubiyyət alan millinin yeganə qoluna penalti ilə Nəriman Axundzadə imza atıb.
Qeyd edək ki, 2-ci qrupda mübarizə aparan komandamız ilk turda Bolqarıstana 0:1 hesabı ilə uduzub.
0
0