“Komanda yoldaşlarımın hamısından medal gözləyirəm”.
Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan yığmasının boksçusu Ümid Rüstəmov deyib.
O, Polşada keçiriləcək III Avropa Oyunlarına yolasalma mərasimində jurnalistlərə açıqlama verib. 57 kq çəki dərəcəsində çıxış edən boksçu yarış haqda fikirlərini bildirib: "Hər gün iki dəfə məşq etmişik. İyulun 23-də boks yarışları start götürəcək. Hələ rəqiblərimiz bəlli deyil. Gözləntilərimiz ən yüksək səviyyədədir. Mənim çıxış etdiyim çəkidə İrlandiya və Fransa təmsilçiləri güclü hesab olunurlar. Onlara da qalib gələcəyimə inanıram".
Qeyd edək ki, sabah başlayacaq III Avropa Oyunları iyulun 2-dək davam edəcək.
- Ukrayna tarixinin ən bahalı futbolçuları – Zinçenko 2-ci pilləyə yüksəldi
- İngiltərə Premyer Liqası: "Arsenal"dan vacib 3 xal
- Osimhenlə komanda yoldaşı olmuş “Kəpəz”in forvardı: “Nəyin necə olacağını heç vaxt bilmək olmur” - Müsahibə
- Azərbaycanlı Zidan növbəti mərhələdə
- Ölkəmizi Avropa çempionatında 19 cüdoçu təmsil edəcək