Yoxlama oyunu: "Qəbələ" “Mingəçevir”lə qarşılaşacaq
17.01.2025 - 10:35
Mövsümün ikinci hissəsinə hazırlığını davam etdirən “Qəbələ” ilk yoxlama oyununu yanvarın 19-da keçirəcək.
Klubdan apasport.az-a verilən məlumata görə, “qırmızı-qaralar” ötən günlərdə özünə yeni sponsor tapmış “Mingəçevir”lə görüşəcək.
Qəbələ şəhər stadionunda baş tutacaq oyun saat 16:00-da start götürəcək.
Qeyd edək ki, hazırlığa yanvarın 9-da start verən Kaxaber Tsxadadzenin yetirmələrinin 3 yoxlama oyunu keçirməsi nəzərdə tutulub.
- Avropa Qızıl Liqasında çıxış edəcək millimizin heyəti bəlli olub
- Azərbaycanın 13 cüdoçusu Qüdsdə yarışacaq - HEYƏT
- "Atletik" Valverde ilə "yola davam" dedi - RƏSMİ
- Nazim Əliyev: "Neftçi" ümumilikdə bu mövsüm çox çətinlik çəkdi"
- "Qarabağ"ın İtaliya klubu ilə münasibətləri strateji tərəfdaşlığa çevrilir
0
0