Yüksək Liqada V turun oyunları keçirilib
14.01.2025 - 17:47
![Yüksək Liqada V turun oyunları keçirilib](https://ww3.apasport.az/storage/news/2025/january/14/big/67866ada4a3f067866ada4a3f1173686242667866ada4a3ee67866ada4a3ef.jpg)
Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında V turun oyunları keçirilib.
Apasport.az xəbər verir ki, "Azərreyl" "Gənclər"i, "Xilasedici" MOİK-i, “Murov Az Terminal” isə "Neftçi"ni 3:0 hesabı ilə üstələyib.
Qeyd edək ki, kişi voleybolçuların Yüksək Liqasında növbəti turun oyunları yanvarın 17-i və 18-də keçiriləcək.
0
0