"Hazırlıq səviyyəm yaxşıdır. Klubumda da oyunlarda oynayırdım".
Apasport.az xəbər verir ki, bu sözləri Belçika millisinin futbolçusu Yuri Tilemans deyib.
AVRO-2024-ün seçmə mərhələsinin Azərbaycanla oyunundan öncə mətbuat konfransında danışan futbolçu sabahkı görüş haqda fikirlərini bildirib: "Meydanın keyfiyyəti hər iki komanda üçün eynidir. Məncə, həm biz, həm də Azərbaycan üçün çətin olacaq. Nəzərə alsaq ki, hər iki komanda topla oynamağı xoşlayır. Ona görə də çətinliyi gözləmək olar. Kevin De Bruynenin olmamasına gəlincə, doğrudur, çətindir. Amma komandamızda kifayət qədər yaxşı futbolçularımız var. Onlarla birlikdə hücumda fürsətlər yaratmağa çalışacağıq. Cavanlar da məşqlərdə hər şeyi edirlər ki, əsas heyətə düşsünlər. Məşqlərimiz intensiv şəkildə keçir. Hər kəs əsas heyət uğrunda oynayır".
Yuri millidən komanda yoldaşı və Belçika yığmasının kapitanı Romelu Lukakunun durumuna da şərh edib: "Dəyişən bir şey yoxdur. Lukaku yenə də, yaxşı çıxış etməyə çalışır. Bacarıqlarını və keyfiyyətlərini ortaya qoyacağına əminəm".
- “Turan Tovuz” Moldova millisinin futbolçusunu gətirdi
- Paris-2024-ə lisenziya qazanan paraatlet: Bu hissləri yenidən yaşamaq çox xoşdur
- Bakıda qollu sülh - YENİLƏNİB
- Millinin voleybolçusu Macarıstan klubu ilə yeni müqavilə imzalayıb
- Kadi Borqes: “Hədəfimiz Çempionlar Liqasının qrupu olmalıdır” - MÜSAHİBƏ