Zamiq Əliyev oynadı, komandası qələbə qazandı
19.08.2024 - 14:52
![Zamiq Əliyev oynadı, komandası qələbə qazandı](https://ww3.apasport.az/storage/news/2024/august/19/big/66c3229b18bb466c3229b18bb5172406441166c3229b18bb266c3229b18bb3.png)
Azərbaycanlı futbolçu Zamiq Əliyevin formasını geyindiyi "Eqnatiya" Albaniya çempionatında ilk oyuna çıxıb.
Apasport.az xəbər verir ki, sözügedən komanda Tirana "Dinamo"sunun qonağı olub.
Matç "Eqnatiya"nın qələbəsiylə başa çatıb – 2:0.
Zamiq bu görüşdə start heyətdə meydana çıxıb və sona qədər oynayıb. O, 90+2-ci dəqiqədə sarı vərəqə ilə cəzalanıb.
0
0