Zamiq oynadı, komandası məğlub oldu
28.09.2024 - 01:10
![Zamiq oynadı, komandası məğlub oldu](https://ww3.apasport.az/storage/news/2024/september/28/big/66f71fe7f278e66f71fe7f278f172747159166f71fe7f278c66f71fe7f278d.jpeg)
Albaniya Superliqasında 7-ci turun oyunları keçirilir.
Apasport.az xəbər verir ki, həmyerlimiz Zamiq Əliyevin şərəfini qoruduğu “Eqnatiya” da növbəti matçına çıxıb.
Komanda “Partizani”ni qəbul edib. Görüş qonaqların qələbəsi ilə nəticələnib - 2:0.
Əliyev 90 dəqiqə meydanda olub. O, matçın 56-cı dəqiqəsində sarı vərəqə ilə cəzalanıb.
Qeyd edək ki, "Eqnatiya" 11 xalla turnir cədvəlində üçüncüdür.
0
0