"Zirə" 50-ci səfər qələbəsini qazanıb
17.02.2025 - 10:14
Misli Premyer Liqasının XXIII turunda “Sumqayıt”ın qonağı olan “Zirə” 50-ci səfər qələbəsini qazanıb.
Apasport.az Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, Rəşad Sadıqovun baş məşqçisi olduğu komanda rəqibini 3:0 hesabı ilə məğlub edib.
Bu, 2015-ci ildə Premyer Liqada debüt edən Bakı klubunun rəqib meydanlarındakı 145-ci oyunda 50-ci qələbəsi olub. Qəsəbə təmsilçisi ölkə çempionatları tarixinə səfərdə 50 və daha çox qələbə qazanan 10-cu komanda kimi düşüb.
“Zirə” eyni sayda səfərdə 3 xal qazanan “Şəmkir”lə eyni göstəriciyə malikdir.
- Neymar: “Həmin gecə yatmadım”
- Avropa Liqası: "Fənərbaxça" və "Qalatasaray"ın rəqibləri bəlli oldu - YENİLƏNİB
- Elzar Yusubovun xatirəsinə həsr olunmuş karate turniri keçiriləcək
- Avropa çempionatında iştirak edəcək cüdoçularla görüş keçirilib - FOTO
- La Liqanın təqvimi açıqlandı - “El Klasiko”ların tarixi dəqiqləşdi
0
0