"Zirə" AFFA tərəfindən cəzalandırıldı
16.07.2024 - 19:00
AFFA-nın İntizam Komitəsi U-16 Liqasında keçirilən "Zirə" - "Neftçi" oyununda baş verən qalmaqala münasibət bildirib.
Apasport.az xəbər verir ki, bunu qurumun mətbuat xidməti açıqlayıb.
"Neftçi" məşqçisi İsmayıl Məmmədov hakimin qərarına kəskin etiraz etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalandırılıb. "Zirə" azarkeşləri tərəfindən ona fiziki təzyiq göstərilib.
Buna görə "Zirə" növbəti 5 ev oyunu azarkeşsiz keçirəcək. Uşaq və gənclər liqalarında pul cəzası olmasa da, müstəsna hal olaraq qəsəbə klubu 500 manat cərimələnib.
- "Benfika"dan Beşiktaşa rədd: Pavlidis üçün 50 milyon avro
- İkardiyə ölkədən çıxış qadağası - Vanda Nara şikayət edib
- Avropa çempionlarımız Bakıda xüsusi avtobusla kuboku nümayiş etdirəcək
- Əvəzedicilərin yarışında 30-cu turun təyinatları AÇIQLANDI
- Azərbaycanlı hakim Rusiya millisinin oyununu idarə edəcək
0
0