"Zirə" nəhayət istədiyinə çatdı: Komandada qalır - EKSKLÜZİV
14.04.2025 - 14:18

"Zirə" aparıcı futbolçusu Ruan Renatonu komandada saxlamağı bacarıb.
Apasport.az saytına verilən məlumata görə, klub braziliyalı futbolçunu yeni müqavilə mövzusunda razı sala bilib.
"Zirə" bir müddətdir ki, mövsümün sonunda müqaviləsi başa çatacaq Renato ilə danışıqlar aparırdı. Artıq tərəflər arasında razılıq əldə olunub.
Yaxın günlərdə Ruan ilə yeni müqavilə imzalanacaq.
31 yaşlı müdafiəçi 2023-cü il iyulun 1-dən "Zirə"də çıxış edir.
O, buna qədər "Yuventude", "Austriya", "Vitoriya", "Fiqeyrense", "Botafoqo", "Ponte Preta", "Qəbələ" klublarında oynayıb.
- Şarjah Masters turnirinə yekun vurulub
- Şakira Pikeni sirlərini açacağı ilə hədələdi - SƏBƏB
- Samir Əliyev yığmanın baş məşqçisi təyin olundu - Hakimlər Komitəsində yeni sədr
- AMADA rəsmisi ölkəmizi beynəlxalq tədbirdə təmsil edib
- Aslan Kərimov: “Legioner həyatı yaşayanlar milliyə gələrkən matça tam sədaqətlə çıxmırlar” - Müsahibə
0
0