“Zirə” “Qarabağ”la matçın hazırlıqlarını davam etdirir
04.09.2025 - 23:25
“Zirə” “Qarabağ”la matçın hazırlıqlarını davam etdirir

Premyer Liqanın IV turu çərçivəsində "Qarabağ"la qarşılaşacaq "Zirə" matçın hazırlıqlarını davam etdirir.

Apasport.az xəbər verir ki, milli komandaların oyunları ilə əlaqədar komandada bir neçə futbolçunun olmamasına baxmayaraq "Zirə" bu gün məşqlərini davam etdirib.

Qeyd edək ki, "Qarabağ" - "Zirə" matçı sentyabrın 12-si saat 20:00-da baş tutacaq.