Orxan Məmmədov Türkiyə Futbol Federasiyasının prezidenti ilə görüşüb.
Apasport.az-ın məlumatına görə, Azərbaycan Minifutbol Federasiyasının (AMF) prezidenti və “Zirə” Peşəkar Futbol Klubunun Müşahidə Şurasının sədri Orxan Məmmədov İstanbulda Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti Mehmet Büyükekşi ilə görüşüb.
Görüş zamanı federasiyaların fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparılıb, gələcəkdə mümkün layihələr və əməkdaşlıq perspektivləri müzakirə edilib. Bundan başqa, idarəetmə sahəsində müəyyən təcrübələr bölüşülüb.
Qeyd edək ki, tədbirin sonunda tərəflər bir-birilərinə xatirə hədiyyələri təqdim ediblər.
- Paralimpiya çempionumuz master klass keçib
- Şahruddinin komandasında yeni baş məşqçi - Rəsmi
- “Santos” A seriyasını tərk etdi, azarkeşlər qəzəbləndi
- Faiq Hacıyev: "Berdıyev hər birimizlə təkbətək söhbətlər edir" - Müsahibə
- Qurban Qurbanov: “Hər səhvə görə istənilən futbolçumuzu göndərsək, kollektivimiz dağıla bilər” - MÜSAHİBƏ