"Zirə", "Sabah" və "Sumqayıt"ın rəqibləri nə zaman açıqlanacaq?
26.05.2024 - 12:00
!["Zirə", "Sabah" və "Sumqayıt"ın rəqibləri nə zaman açıqlanacaq?](https://ww3.apasport.az/storage/news/2024/may/26/big/6652e88c1453f6652e88c1454017167095166652e88c1453d6652e88c1453e.jpeg)
Azərbaycan klublarının UEFA Avropa Liqası və Konfrans Liqasındakı rəqiblərinin açıqlanacağı tarix bəlli olub.
Apasport.az xəbər verir ki, iyunun 18-19-da həm Avropa Liqası, həm də Konfrans Liqasının püşkatma mərasimi keçiriləcək.
Mövsümün yekunlarına əsasən ölkəmizi Avropa Liqasında "Zirə", Konfrans Liqasında isə "Sabah" və "Sumqayıt" təmsil edəcək. "Zirə" AL-də birinci təsnifat mərhələsindən, "Sabah” və "Sumqayıt" isə Konfrans Liqasına II təsnifat mərhələsindən mübarizəyə qoşulacaq.
0
0