"Zirə" yenə məğlub oldu
16.01.2026 - 20:30
Türkiyədə təlim-məşq toplanışında olan "Zirə" komandası üçüncü yoxlama oyununda uduzub.
Apasport.az xəbər verir ki, Rəşad Sadıqovun baş məşqçisi olduğu kollektiv Çexiyanın "Bohemians 1905" klubu ilə qarşılaşıb və 1:3 hesabı ilə uduzub.
Azərbaycan kollektivinin qolunu 41-ci dəqiqədə Ruan Renato vurub.
Qeyd edək ki, "Zirə" ilk yoxlama oyununda Rumıniyanın "Çiksereda" komandası ilə bərabərə qalıb - 3:3. İkinci görüşündə isə Ukrayna təmsilçisi "Aleksandriya"ya 2:3 hesabı ilə məğlub olub.
0
0