“Zirə”də 2 illik müqavilə
22.06.2023 - 10:46
![“Zirə”də 2 illik müqavilə](https://ww3.apasport.az/storage/news/2023/june/22/big/6493ee5d5162d6493ee5d5162e16874164136493ee5d5162b6493ee5d5162c.jpg)
“Zirə” heyətinə yeni futbolçu qatıb.
Apasport.az saytının məlumatına görə, bunu Bakı klubunun mətbuat xidməti açıqlayıb.
Qəsəbə təmsilçisi yeni futbolçu ilə anlaşıb. Komanda Məqsəd İsayevi heyətinə qatıb. 28 yaşlı müdafiəçi ilə 2 illik müqavilə imzalanıb.
Qeyd edək ki, İsayev daha əvvəl “Neftçi”, “Şamaxı”, “Sabah”, “Səbail” və “Qəbələ”nin şərəfini qoruyub.
0
0