“Zirə”də “Makkabi” ilə oyunöncəsi itki
20.07.2022 - 17:50
“Zirə” Konfrans Liqasının II təsnifat mərhələsində Təl-Əviv “Makkabi”si (İsrail) ilə oyunöncəsi itki ilə üzləşib.
Apasport.az saytının məlumatına görə, bunu Bakı klubunun baş məşqçisi Rəşad Sadıqov deyib.
Gənc çalışdırıcının sözlərinə görə, təcrübəli müdafiəçi dünən məşq zamanı zədələnib. 35 yaşlı mərkəz müdafiəçisi 7-10 gün müddətinə komandasına kömək edə bilməyəcək. Bu isə o deməkdir ki, Ruslan “Makkabi” ilə hər iki matçı buraxacaq.
Qeyd edək ki, sabah “Dalğa Arena”da keçiriləcək “Zirə” – “Makkabi” görüşü saat 20:00-da başlayacaq.
- "Sumqayıt" 2 oyunçusu ilə müqavilə yeniləyib
- Orkun Kökçü “Benfika”da
- Giorgi Kantariya: “Qarabağ”la heç-heçə xeyrimizə işləyəcək” - MÜSAHİBƏ
- Voyislav Stankoviç: “Regekampf bu mövsüm də “Neftçi”də qalsaydı, komanda daha güclü olardı” - Müsahibə
- Azərbaycan millisinin Ukrayna ilə oyununa hakim təyinatları açıqlanıb
0
0