“Zirə”də yeni təyinat - RƏSMİ
26.06.2026 - 18:14
“Zirə”də yeni təyinat - RƏSMİ

“Zirə”də kadr dəyişikliyi baş verib.

Apasport.az xəbər verir ki, bu barədə qəsəbə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Klubun baş meneceri Elman Himayətoğlu bundan sonra idman direktoru vəzifəsində çalışacaq.

Qeyd edək ki, Elman Himayətoğlu 2015-ci ildən “Zirə”də çalışır.