"Zirə"dən kritik qərar - ÖZƏL
10.01.2025 - 18:51
“Zirə” aparıcı futbolçularından birini də komandada saxlamaq istəyir.
Apasport.az saytına verilən məlumata görə, qəsəbə təmsilçisi hazırda Rafael Utziqlə işbirliyini davam etdirməyi planlaşdırır.
Artıq braziliyalı ilə danışıqlar da aparılır. “Zirə”nin Rafaellə müqavilə müddətinin artırılması ilə bağlı razılıq əldə etdiyi də bildirilir.
28 yaşlı futbolçunun hazırkı sözləşməsi 2025-ci il iyunun 30-na qədərdir.
O, bu komandaya 2024-cü il yanvarın 6-da keçib. Utziq buna qədər “Parana”, “Sianorte”, “Qəbələ”, “Çunnam Asan” klublarında oynayıb.
- Bakıda keçiriləcək UFC turnirinin təntənəli çəkiölçmə mərasimi keçirilib
- Çimərlik voleybolçularımız Türkiyədəki turnirdə iştirak edib - FOTO
- Prezident İlham Əliyev: “Qarabağ” – MOİK futbol matçının Xankəndidə keçirilməsinin çox böyük mənası var
- AFFA I Liqa klublarını cəzalandırıb
- "Atletik"in baş məşqçisi: "9:0 hesabı ilə qalib gələcəyimiz haqda deyilənlər dəhşətdir"
0
0