“Zirə”lilərə DƏVƏT
02.03.2023 - 17:49
“Zirə”nin iki əcnəbi futbolçusu milli komandaya dəvət alıb.
Apasport.az saytının məlumatına görə, bunu Bakı klubunun mətbuat xidməti açıqlayıb.
İssa Cibriela və Toni Qomes milli komandaya çağırılıb. Legionerlər müvafiq olaraq Niger və Qvineyu-Bisau yığmalarına dəvət olunub.
Cibrielanın şərəfini qoruduğu Niger yığması Afrika Millətlər Kubokunun seçmə oyunu çərçivəsində Tanzaniya və Uqandaya Toni Qomesin çıxış etdiyi Qvineya-Bisau isə Nigeriya ilə üz-üzə gələcək.
Qeyd edək ki, Toni cari mövsümdə 15 (1 qol), İssa 3 oyunda meydana çıxıb.

- “Qarabağ” və “Zirə” futbolçuları meydana şəhid övladları ilə çıxdı
- “Yuventus”un müdafiəçisi İngiltərə və Fransa klublarının diqqət mərkəzində
- Parataekvondoçumuz beynəlxalq turnirdə bürünc medal qazanıb
- Hüseyn Məhəmmədov: "Bu legionerləri "Neftçi"yə necə götürüblər?" - Açıqlama
- Türkiyədə yay transfer dönəmi başa çatıb
0
0