“Zirə”ni Rumıniya klubuna dəyişdi
02.07.2022 - 14:23
![“Zirə”ni Rumıniya klubuna dəyişdi](https://ww3.apasport.az/storage/news/2022/july/02/big/62c01c9b4222462c01c9b42225165675740362c01c9b4222062c01c9b42222.jpg)
Yay fasiləsində “Zirə”dən ayrılan Brayan Alseusun yeni klubu müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi karyerasını Rumıniyada davam etdirəcək.
26 yaşlı haitili futbolçu adıçəkilən ölkənin “Arceş” klubu ilə anlaşıb. Yarımmüdafiəçi “Arceş”lə 1 illik müqavilə imzalayıb.
Qeyd edək ki, “Zirə”yə bu ilin yanvarında Rumıniyanın digər komandası “Qaz Metan”dan keçən Brayan Alseus Azərbaycan Premyer Liqasında 5 oyun keçirib.
0
0