"Zirə"nin 2 futbolçusu milliyə çağırılıb
19.03.2024 - 12:58
!["Zirə"nin 2 futbolçusu milliyə çağırılıb](https://ww3.apasport.az/storage/news/2024/march/19/big/65f9539cc34fa65f9539cc34fb171083868465f9539cc34f865f9539cc34f9.png)
“Zirə”nin futbolçuları İssa Cibriela və Eldar Quliyev milli komandaya dəvət alıb.
Apasport.az xəbər verir ki, bu barədə qəsəbə klubunun mətbuat xidməti məlumat yayıb.
Futbolçular müvafiq olaraq Niger və Ukrayna (U-23) millilərinə çağırılıb.
İssa Cibrielanın şərəfini qoruduğu Niger yığması yoxlama oyununda Toqo, Eldar Quliyevin çıxış etdiyi Ukrayna (U-23) isə Yaponiya (U-23) millisinə qarşı mübarizə aparcaq.
0
0