“İndi danışılası bir şey yoxdur. Məyusuq”.
Apasport.az saytının məlumatına görə, bunu “Zirə”nin qapıçısı Anar Nəzirov deyib.
Təcrübəli qolkiper Azərbaycan kubokunun “Qarabağ”la oyunu (1:1, p.3:4) barədə fikirlərini jurnalistlərə açıqlayıb: “Qarabağ”ı təbrik edirəm. Əlimdən gələnin yaxşısını etməyə çalışdım. Futbolçularımızın hamısına təşəkkür edirəm. Bura qədər gəlib çıxdıq. “Qarabağ”la 120 dəqiqə başabaş mübarizə apardıq. Qorxmadıq, çəkinmədik. Penaltilər seriyası lotereyadır”.
Nəzirov yenidən yığmaya qayıtmaq perspektivi barədə sualı da cavablandırıb: “Milliyə futbolçuları baş məşqçi seçir. Onun çağırdığı qapıçılara uğurlar arzulayıram. Gənclərə üstünlük versə, daha yaxşı olar”.
- “Sevilya”nın baş məşqçisi postuna namizədlər müəyyənləşdi
- Emin İmaməliyev: “Nəriman və Musa heç bir legioner forvardan aşağı səviyyədə deyil”
- Qurban Qurbanov: "Selyesin tərifi mənim üçün xoşdur"
- Valdas Dambrauskas: “Rəqibimiz daha çox risk almağa məcbur olacaq”
- Portuqaliyalı ulduz PSJ və “Bavariya”nın hədəfində