Zubir Avropa klublarının hədəfində
19.02.2024 - 10:54
![Zubir Avropa klublarının hədəfində](https://ww3.apasport.az/storage/news/2024/february/19/big/65d2fad401c4665d2fad401c47170832558865d2fad401c4465d2fad401c45.jpg)
Abdullah Zubir yayda "Qarabağ"dan ayrıla bilər.
Apasport.az xarici KİV-ə istinadla xəbər verir ki, Almaniyanın "Auqsburq" və Şotlandiyanın "Seltik" klubu 32 yaşlı yarımmüdafiəçi ilə maraqlanır.
2018-ci ildə "Lans"dan "Qarabağ"a keçən 32 yaşlı oyunçunun "köhlən atlar"la müqaviləsi mövsümün sonuna qədərdir.
Qeyd edək ki, Zubir bu mövsüm 39 oyunda çıxış aktivinə 11 qol, 10 məhsuldar ötürmə yazdırıb.
0
0