3x3 basketbol üzrə Dünya Qadın Seriyasının Bakı mərhələsi başlayır
17.08.2024 - 16:45
![3x3 basketbol üzrə Dünya Qadın Seriyasının Bakı mərhələsi başlayır](https://ww3.apasport.az/storage/news/2024/august/17/big/66c09d7a4005b66c09d7a4005c172389925866c09d7a4005966c09d7a4005a.jpg)
3x3 basketbol üzrə Dünya Qadın Seriyasının Bakı mərhələsi bu gün start götürəcək.
Apasport.az xəbər verir ki, Azərbaycan millisi C qrupunda mübarizə aparacaq.
Yığma ilk matçını Almaniyanın “Düsseldorf ZOOS” kollektivinə qarşı keçirəcək. Görüş saat 16:50-də başlayacaq.
Ratomir Deliçin baş məşqçisi olduğu komanda ikinci oyununda təsnifat mərhələsinin qalibi ilə görüşəcək. Bu qarşılaşma saat 18:30-a təyin edilib.
Dörd qrupun hər birində ilk iki yeri tutanlar 1/4 finala yüksələcək.
Qeyd edək ki, Bakı mərhələsi avqustun 18-də başa çatacaq.
0
0