40 yaşlı Lebron Ceymsin növbəti uğuru
08.12.2025 - 12:22
40 yaşlı Lebron Ceymsin növbəti uğuru

"Los Anceles Leykers"in hücumçusu Lebron Ceyms Milli Basketbol Assosiasiyasında (NBA) daha bir uğura imza atıb.

Apasport.az xəbər verir ki, 40 yaşlı oyunçu buna "Filadelfiya"nı (112:108) məğlub etdikləri oyunda nail olub.

Ceyms bütün mövsümlərdə ən çox qalibiyyət əldə edən ikinci basketbolçu olub.

1015 dəfə buna nail olan təcrübəli idmançı Robert Perişi (1014) geridə qoyub.

Qeyd edək ki, Kərim Abdul Cabbar (1074 qələbə) mütləq rekordçudur.