Azərbaycan Basketbol Liqasında pley-offun proqramı bəlli olub.
Apasport.az xəbər verir ki, 1/4 finala sabah start veriləcək.
"Xırdalan" - "Neftçi" və "Xəzri" – "Sərhədçi" cütləri yarımfinala vəsiqə qazanacaq 2 güclünü müəyyən edəcək. Reqlamentə görə, mübarizə 2 qələbəyədək davam edəcək. Mərhələnin ilk oyununda “Xırdalan” “Neftçi” ilə üz-üzə gələcək.
Qeyd edək ki, müntəzəm çempionatı ilk 2 pillədə bitirən “Sabah” və NTD-İNDİQO birbaşa yarımfinala vəsiqə qazanıb.
Azərbaycan Baketbol Liqası, pley-off
1/4 final
30 aprel
19:30. "Xırdalan" – "Neftçi"
"Sərhədçi" İdman Mərkəzi
1 may
19:30. "Xəzri" – "Sərhədçi"
"Sərhədçi" İdman Mərkəzi
2 may
19:30. "Neftçi" – "Xırdalan"
"Sərhədçi" İdman Mərkəzi
3 may
19:30. "Sərhədçi" – "Xəzri"
"Sərhədçi" İdman Mərkəzi
- “Qarabağ” “Mançester Siti”nin sabiq futbolçusunu istəyir – YALNIZ BİZDƏ
- Avropa çempionatı: Millimizin rəqibləri bilindi
- Rövlan Muradov: “Arzum ölkə xaricində oynamaqdır, statistika məni razı salmır” - MÜSAHİBƏ
- Fatih Terim yeni komandası ilə məşqlərə başlayıb
- Aydın Süleymanlı: "Məqsədim Xankəndində qaliblər sırasında yer almaqdır"