![ABL: IX turdan təxirə salınmış matç keçiriləcək](https://ww3.apasport.az/storage/news/2025/january/14/big/6785fb0af1e316785fb0af1e3217368338026785fb0af1e2f6785fb0af1e30.jpg)
Bu gün Azərbaycan Basketbol Liqasının IX turundan təxirə salınmış bir oyun keçiriləcək.
Apasport.az xəbər verir ki, A qrupunda "Naxçıvan" "Abşeron"la üz-üzə gələcək.
Qarşılaşma Bakı İdman Sarayında, saat 19:00-da başlayacaq.
Hazırda "Naxçıvan" qrupda 16 xalla ikinci pillədə qərarlaşıb. Beşinci olan "Abşeron"un isə 13 xalı var.
Qeyd edək ki, B qrupunun təxirə salınmış matçları sabah keçiriləcək. "Şəki" - "Gəncə" görüşü saat 14:00-da Şəki Olimpiya İdman Kompleksində start götürəcək. "Sumqayıt" - "Quba" qarşılaşması isə saat 19:00-da Sumqayıt Olimpiya İdman kompleksində başlayacaq. Oyunlar dekabrın 26-da Azərbaycanda matəm günü olduğu üçün təxirə salınmışdı.