ABL: "Neftçi" növbəti matçını keçirəcək
06.02.2025 - 10:33
![ABL: "Neftçi" növbəti matçını keçirəcək](https://ww3.apasport.az/storage/news/2025/february/06/big/67a456b4d715c67a456b4d715d173882334867a456b4d715a67a456b4d715b.jpg)
Azərbaycan Basketbol Liqasının XIV turunda "Neftçi" bu gün "Sərhədçi" ilə üz-üzə gələcək.
Apasport.az xəbər verir ki, "Sərhədçi" İdman Mərkəzində keçiriləcək A qrupunun matçı saat 19:00-da başlayacaq.
"Neftçi" hazırda qrupda 4-cü, "Sərhədçi" isə 5-ci yerdə qərarlaşıb. Hər iki komandanın 18 xalı var.
Qeyd edək ki, XIV turun daha əvvəl keçirilən matçlarında "Naxçıvan" "Abşeron"u 76:70, "Quba" "Sumqayıt"ı 90:80 hesabı ilə məğlub edib.
0
0