ABL: "Ordu" "Quba"ya qarşı
03.12.2024 - 09:34
![ABL: "Ordu" "Quba"ya qarşı](https://ww3.apasport.az/storage/news/2024/december/03/big/674e958de2ea4674e958de2ea51733203341674e958de2e9b674e958de2ea3.jpg)
Azərbaycan Basketbol Liqasında V tura bu gün bir oyunla start veriləcək.
Apasport.az xəbər verir ki, B qrupunda "Ordu" evdə "Quba" ilə üz-üzə gələcək.
"Sərhədçi" İdman Mərkəzində keçiriləcək görüş saat 19:00-da başlayacaq.
"Ordu" hazırda B qrupunda 7 xalla ikinci pillədə qərarlaşıb. "Quba" isə 5 xalla beşincidir.
Qeyd edək ki, V turun digər görüşləri dekabrın 4-ü, 6-sı, 7-si və 8-də keçiriləcək.
0
0