Bu gün Azərbaycan Basketbol Liqasının A və B qrupunda növbəti oyunlar keçirilib.
Apasport.az xəbər verir ki, hər 2 matç Bakıda baş tutub.
İlk turda “Sabah”a uduzan “Sərhədçi” NTD-ni məğlub edən “Abşeron”u sınağa çəkib. Meydan sahibləri 9 xal hesabı ilə üstün olublar.
Ötən tur “Sumqayıt”dan üstün olan “Ordu” isə ilk oyununda “Quba”ya qalib gələn “Şəki”i ilə qarşılaşıb. Daha yaxşı oynayan "Ordu" basketbolçuları qələbəni bayram ediblər.
Qeyd edək ki, A qrupunda II turun ilk görüşündə “Naxçıvan” NTD-yə 72:71 hesabı ilə qaıib gəlib. B qrupunun ilk matçında isə “Lənkəran” “Sumqayıt səfərində ilk qələbəsini qazanıb - 93:71. Oktyabrın 26-da “Ordu” – “Şəki”, “Sərhədçi” – “Abşeron” görüşləri keçiriləcək. Tura oktyabrın 27-də “Neftçi” - “Sabah”, “Gəncə” – “Quba” matçları ilə yekun vurulacaq.
Azərbaycan Basketbol Liqası
II tur
26 oktyabr
B qrupu
12:30. "Ordu" - "Şəki" - 104:84 (26:19, 31:19, 25:27, 22:19)
Bakı İdman Sarayı
19:00. "Sərhədçi" – “Abşeron” - 79:70 (21:17, 23:13, 14:16, 21:24)
Sərhədçi İdman Mərkəzi
- "Mançester Yunayted" "Milan"lı futbolçu ilə maraqlanır
- Aslan Kərimov: “Onların büdcəsi "Qarabağ"ınkı qədər olsa, ağdamlılar bu cür lider olası deyil” - MÜSAHİBƏ
- "Sassuolo" baş məşqçisini qovdu
- "Latsio" Renat Dadaşovun keçmiş komanda yoldaşını istəyir
- Madrid derbisində "Barsa"nın rəqibi bəlli olacaq - YENİLƏNİR