ABL: "Şəki" "Lənkəran"ı məğlub edib
08.12.2024 - 16:42
![ABL: "Şəki" "Lənkəran"ı məğlub edib](https://ww3.apasport.az/storage/news/2024/december/08/big/675594c7bd1ae675594c7bd1af1733661895675594c7bd1a3675594c7bd1ad.webp)
Azərbaycan Basketbol Liqasının V turunda "Şəki" autsayder "Lənkəran"ı 89:64 hesabı ilə məğlub edib.
Apasport.az xəbər verir ki, B qrupunda baş tutan matçdan sonra V turun qarşılaşmalarına yekun vurulub.
Qeyd edək ki, turun əvvəlki beş matçında "Quba" "Ordu"ya (101:75), "Sərhədçi" NTD-yə (84:79), "Abşeron" "Neftçi"yə (72:56), "Sabah" "Naxçıvan"a (75:74), "Sumqayıt" isə "Gəncə"yə (85:79) qalib gəlib.
0
0