ABL: XIII tura bu gün start veriləcək
31.01.2025 - 10:55
![ABL: XIII tura bu gün start veriləcək](https://ww3.apasport.az/storage/news/2025/january/31/big/679c7259e7239679c7259e723a1738306137679c7259e7237679c7259e7238.jpg)
Azərbaycan Basketbol Liqasında XIII tura bu gün start veriləcək.
Apasport.az xəbər verir ki, ilk oyun günündə A qrupunda iki qarşılaşma keçiriləcək.
"Sərhədçi" - "Naxçıvan" və "Abşeron" - "Sabah" matçları saat 19:00-da start götürəcək. Oyunlar müvafiq olaraq "Sərhədçi" İdman Mərkəzində və Abşeron Olimpiya İdman Kompleksində gerçəkləşəcək.
"Sabah" 12 turdan sonra 22 xalla A qrupunda liderdir. "Naxçıvan" 20 xalla ikinci, "Abşeron" 17 xalla üçüncü, eyni xala malik "Sərhədçi" beşincidir.
Qeyd edək ki, tura fevralın 2-də yekun vurulacaq.
0
0