ABL: XV turda daha bir oyun baş tutacaq
30.01.2026 - 11:18
Azərbaycan Basketbol Liqasının XV turunda daha bir oyun baş tutacaq.
Apasport.az xəbər verir ki, "Naxçıvan" bu gün "Quba" ilə üz-üzə gələcək.
B qrupunun qarşılaşması Bakı İdman Sarayında, saat 19:00-da start götürəcək. "Naxçıvan" 25 xalla qrupda ikincidir. 19 xala malik "Quba" isə üçüncü pillədə qərarlaşıb.
Qeyd edək ki, turun ötən gün baş tutan "Lənkəran" - "Ordu" matçı qonaqların qələbəsi ilə yekunlaşıb - 103:63.
Azərbaycan Basketbol Liqasında XV tura fevralın 1-də yekun vurulacaq.
- “Qarabağ”a görə çempionat oyunundan kənarlaşdırıldı
- UEFA-nın dəstəyi ilə Bakıda uşaq hüquqlarının qorunmasına dair tədbir təşkil olunub
- “Bavariya”nın prezidenti: “Biz Devisi saxlamaq istəyirik”
- "Cenoa" baş məşqçisi ilə müqavilə müddətini uzadıb
- Avropa Liqası: "Fənərbaxça" və "Qalatasaray"ın oyunlarına hakim təyinatları bəlli olub
0
0