ABŞ millisində ciddi itki
08.07.2024 - 16:22
Basketbol üzrə ABŞ millisi Paris Olimpiadası çərçivəsində ilk oyununu Serbiyaya qarşı keçirəcək.
Apasport.az xəbər verir ki, artıq komanda ilk oyunun hazırlıqlarına başlayıb.
“Feniks Sans”ın ulduzu Kevin Dürant zədə səbəbilə təlim-məşq toplanışının ilk iki gününü buraxmalı olub. Bununla belə, onun zədəsi ciddi deyil.
Basketbolçu bərpa məqsədilə Kanadaya qarşı keçiriləcək yoldaşlıq görüşünü kənardan izləyə bilər.
Qeyd edək ki, ABŞ-Serbiya görüşü iyulun 28-də baş tutacaq.
- "Mançester Yunayted"dən "Fənərbaxça"ya şad xəbər: Kadıköyə gələ bilməyəcək
- Joze Mourinyo: "Səbirli olmaq lazımdır"
- I Liqada ötən ayın ən yaxşı qolunun müəllifi mükafatlandırılıb
- Saşa Yunisoğlu: “Səbirsizliklə Çempionlar Liqasında çıxış etməyi gözləyirik" - Müsahibə
- La Liqa: “Selta” “Jirona” ilə bacarmayıb
0
0