“Anadolu Efes” – “Fənərbaxça” matçının hakimləri mövsümün sonunadək cəzalandırılıb.
Apasport.az saytının məlumatına görə, Türkiyə Basketbol Federasiyası Aytuğ Ekti, Zafer Yılmaz ve Serdar Ünal haqqında belə qərar çıxarıb.
Yarımfinal seriyasının üçüncü matçında hakimlər “Anadolu Efes”in lehinə bir çox qərarlar veriblər. “Fənərbaxça” oyundan dərhal sonra buna etiraz edib. Komandanın baş məşqçisi Dimitris İtudis mətbuat konfransına noutbukla gələrək, şübhəli vəziyyətləri ictimaiyyətin diqqətinə çatdırıb.
Fderasiyanın vitse-prezidenti Kamal Dinçer hakimlərin son perioddakı qərarlarının oyunu nəticəsinə təsir etdiyini etiraf edib. O, bundan sonra mübarizənin meydanda həll olunacağına ümid etdiyini bildirib.
Qeyd edək ki, bu qələbə sayəsində “Anadolu Efes” seriyada 2:1 önə keçib.
- Aziz Yıldırım baş məşqçi namizədini açıqladı: GÖZLƏNİLƏN SEÇİM
- Azərbaycan Kubokunda yarımfinal mərhələsinin cavab oyunlarının vaxtı açıqlandı
- Azərbaycanlı hakim-inspektor Konfrans Liqasının oyununa təyinat alıb
- “Qarabağ”da yeni müqavilə - LEGİONERLƏ BAĞLI QƏRAR VERİLDİ
- Murad Musayev: "İdeal olaraq bir aydan sonra yenidən işə başlamaq istərdim, amma..."