Avropa çempionatı: Millimizin son iki görüşünün vaxtı açıqlanıb
10.01.2025 - 17:37
Azərbaycanın qadın basketbolçulardan ibarət millisinin Avropa çempionatının seçmə mərhələsində keçirəcəyi son iki görüşün məkanı və başlama saatları müəyyənləşib.
Apasport.az xəbər verir ki, millimiz fevralın 6-da Ostende şəhərindəki "COREtec Dome" arenada qrup lideri Belçika yığmasının qonağı olacaq. Bundan üç gün sonra isə komanda "Sərhədçi" İdman Mərkəzində Polşanı qəbul edəcək.
Qeyd edək ki, Belçika yığması ilə oyun Bakı vaxtı ilə saat 23:15-də, Polşaya qarşı matç isə 17:00-da başlayacaq. Yarışın final mərhələsi 2025-ci ilin iyununda baş tutacaq.
- Messi həyat yoldaşından ayrılır – Aquero ilə tez-tez bara getdiyi üçün
- Millimizdən ardıcıl ikinci məğlubiyyət - YENİLƏNİB
- UEFA lisenziyalı məşqçilik kursları üçün təlim keçiriləcək
- Azərbaycan xizək alpinizmi üzrə Avropa çempionatı və Dünya Kubokuna ev sahibliyi edəcək
- "Çelsi"nin futbolçusu "Fənərbaxça" yolunda
0
0