Azərbaycan Basketbol Liqasında yarımfinal həyəcanı başlayır
07.05.2024 - 10:18
![Azərbaycan Basketbol Liqasında yarımfinal həyəcanı başlayır](https://ww3.apasport.az/storage/news/2024/may/07/big/6639c1a90ac7b6639c1a90ac7c17150611616639c1a90ac796639c1a90ac7a.jpg)
Bu gün Azərbaycan Basketbol Liqasında yarımfinal mərhələsinə start veriləcək.
Apasport.az xəbər verir ki, ilk görüşdə "Sabah" və "Xırdalan" komandaları qarşılaşacaqlar.
"Sərhədçi" İdman Mərkəzində gerçəkləşəcək qarşılaşma saat 19:30-da başlayacaq. Tərəflər arasında ikinci görüş mayın 10-da keçiriləcək. İki matçın yekununda bərabərlik olarsa, üçüncü duel mayın 13-də baş tutacaq.
Qeyd edək ki, 8 mayda isə bu mərhələnin digər cütü "NTD-İndiqo" və "Xəzri" münasibətlərə aydınlıq gətirəcəklər.
0
0