Azərbaycan kuboku: “Gəncə” yarımfinalda
12.03.2025 - 19:29
Azərbaycan kuboku: “Gəncə” yarımfinalda

Kişi basketbolçular arasında Azərbaycan kubokunda 1/4 final mərhələsinə yekun vurulacaq.

Apasport.az xəbər verir ki, “Sərhədçi” “Gəncə” ilə üz-üzə gəlib.

Görüş ikincilərin qələbəsi ilə başa çatıb. Bu nəticə ilə “Gəncə” mübarizəni yarımfinalda davam etdirəcək. 

Qeyd edək ki, 1/4 finalın dünən keçirilən oyunlarında NTD və “Naxçıvan” yarımfinala yüksəlib.

Azərbaycan kuboku
1/4 final
12 mart
16:00. “Sərhədçi” – “Gəncə” -
 89:94 (22:25, 21:29, 16:20, 30:20)