Bu gün kişi basketbolçular arasında Azərbaycan kubokuna start verilib.
Apasport.az xəbər verir ki, 1/8 final mərhələsinin ilk günündə 2 matç baş tutub.
Kubok mövsümü Lənkəranda başlayıb. Eyniadlı komanda NTD ilə görüşüb. Azərbaycan çempionatının autsayderi kubokda da uduzaraq, yarışla erkən vidalaşıb.
İlk oyun günü Abşeronda başa çatıb. “Quba” eyniadlı komandanın qonağı olub. Oyunun qalibi iki overtaymdan sonra müəyyənləşib. Meydan sahibləri 96:94 hesabı ilə qalib gəliblər.
Bu nəticələrdən sonra ilk 1/4 final cütləri bəlli olub. NTD "Şəki" ilə, "Abşeron" "Naxçıvan"la qarşılaşacaq.
Qeyd edək ki, 1/8 final mərhələsinə yanvarın 29-da yekun vurulacaq.
Azərbaycan kuboku
1/8 final
28 yanvar
14:00. “Lənkəran” - NTD - 73:87 (11:24, 21:20; 23:20, 18:23)
19:00. “Abşeron” - “Quba” - 96:94 (21:16, 26:21, 15:23, 9:11, 13:13, 12:10)
- Millimizin sabiq müdafiəçisi Premyer Liqa arzusunda
- Federasiya prezidenti: “Avropa Oyunlarından ən azı 3-4 medal götürməyə çalışacağıq”
- Premyer Liqa klubundan 7 milyonluq transfer
- Slavko Georgiyevski: "Neftçi" belə duruma necə düşə bilər?" - Müsahibə
- "Neftçi"nin futbolçusu oynadı, yığması qələbə qazandı