Basketbolun 3x3 növü üzrə kişilərdən ibarət Azərbaycan millisi Avropa kubokunda növbəti oyunda çıxacaq.
Apasport.az xəbər verir ki, yığmamız Kosovonun paytaxtı Priştinada keçirilən yarışın Albaniya ilə qüvvəsini sınayacaq.
Millimiz turnirin ilk günündə 3 matç keçirib. Komandamız Ermənistan (21:9), Kosova (14:10) və Kipr (21:16) komandalarınız məğlub edib. Albaniyanı məğlub edəcəyi təqdirdə basketbolçularımız qrup lideri kimi yarımfinala vəsiqə qazanacaqlar.
Avropa kuboku
Təsnifat mərhələsi
B qrupu
9 iyun
14:50. Azərbaycan – Albaniya
Qeyd edək ki, digər qrupda Malta, Lüksemburq, Andorra və İrlandiya mübarizə aparır.
- Rahid Əmirquliyev: "Qarabağ”a qarşı bunu etmək mümkündür" - MÜSAHİBƏ
- "Qarabağ" - "Qalatasaray" oyunu üçün EKSPRESS MARŞRUTLAR
- “Azərreyl” 1/16 finalda! – YENİLƏNİB
- Mehdi Cənnətov: "Turan Tovuz"a qarşı matçlar asan olmur" - Müsahibə
- III Liqa klubu yenidən rekord qırıb: Qarşılaşmanı 43 000 azarkeş izləyib