Azərbaycanın qadınlardan ibarət millisinin üzvü Marsedes Volker basketbolçu karyerasını başa vurub.
Apasport.az xəbər verir ki, bu barədə Azərbaycan Basketbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
2015-ci ildən etibarən basketbol üzrə qadınlardan ibarət 3×3 Azərbaycan milli komandasının üzvü olan Marsedes Volker peşəkar basketbolçu karyerasını başa vurub.
Marsedes Volker son oyununu Avropa kubokunda Avstriya seçməsinə qarşı oynayıb.
Millinin heyətində 2017-ci ildə İslam Həmrəyliyi Oyunlarının qalibi olmuş Marsedes, bundan əlavə, Olimpiya Oyunlarında da yığmamızın heyətində iştirak edib.
- Qurban Qurbanov: Üç gün sonra "Səbail"lə oyunda nə qədər azarkeş olacağını görəcəyik"
- Qurban Qurbanov qrup mərhələsinin püşkünü dəyərləndirdi
- Rövlan Muradov: “Arzum ölkə xaricində oynamaqdır, statistika məni razı salmır” - MÜSAHİBƏ
- Fransa klubunun sahibi həbs edildi - Səbəb
- Müller Messi ilə komanda yoldaşı ola bilər