![Azərbaycan yenə Ermənistanla bir qrupda mübarizə aparacaq](https://ww3.apasport.az/storage/news/2023/february/15/big/63ebee0b8b76c63ebee0b8b76d167640628363ebee0b8b76a63ebee0b8b76b.jpg)
Azərbaycanın 16 yaşadək basketbolçulardan ibarət yığması (U-16) bu il keçiriləcək Avropa çempionatının C divizionunda Ermənistanla eyni qrupa düşüb.
Apasport.az xəbər verir ki, U-16 millimizin çıxış edəcəyi B qrupundakı rəqibləri bu komandalar olub: Kipr, Albaniya, San Marino və Ermənistan.
A qrupunda isə Kosovo, Andorra, Moldova, Malta və Cəbəlüttariq yer alıb.
Qeyd edək ki, C divizionunun oyunları 19-27 iyul tarixlərində Kosovonun paytaxtı Priştinada keçiriləcək. Maraq üçün bildirək ki, U-16-ların Avropa çempionatı Şimali Makedoniyanın paytaxtı Skopyedə (5-13 avqust) və U-16 B divizionunun matçları Rumıniyanın Piteşt şəhərində (4-13 avqust) baş tutacaq.